Cümə axşamı , İyun 1 2023
Ana səhifə / Cəmiyyət / “Yeni nazirin bunu etməsi olduqca təhlükəli məsələdir” – Yazıçıdan etiraz

“Yeni nazirin bunu etməsi olduqca təhlükəli məsələdir” – Yazıçıdan etiraz

Azərbaycan cəmiyyətində hər yeni rəhbərin işə başlayan kimi köhnə heyəti istefaya göndərməsi “ənənəsi” var. Çox vaxt buna rəsmi izah da verilmir. 

“Bizim cəmiyyət səhv addımlardan irəli gedə bilmir”, – deyən yazıçı Seyran Səxavət Yenisabah.az-a bu mövzuda danışıb.

O bildirib: “Tutaq ki, bir nazir, yaxud başqa rəhbər işçi yeni vəzifəyə təyin olunur. Bundan sonra köhnə kadrları işdən çıxarması olduqca təhlükəli məsələdir. Çünki insanlar illər boyu həmin müəssisədə çalışıb, təcrübə toplayıb. Təcrübə isə həyatda ən vacib amildir.

Səni vəzifəyə qoyurlar, sən də başlayırsan özünə yeni komanda yığmağa. Bu futbol komandası deyil. Təcrübəli işcilərə daim qiymət verilməlidir. Mən də həmişə kimsə yeni bir vəzifəyə təyin olunanda dəfələrlə demişəm ki, bu da başlayacaq köhnələri ələməyə. Bu yanaşma xarab yanaşmadır.

Həyat təcrübədir. Yeni vəzifəyə təyin olunan kimi başlayırsan köhnə kollektivi dağıtmağa. Nədir-nədir, öz qohum-əqrabamı ətrafıma toplayım.

Bu məsələ insani cəhətdən də düzgün deyil. Hamının ailəsi var və hamı ailə dolandırmalıdır. Özünü o cür aparan istər nazir olsun, istər rəis, istərsə müdir, antidövlət siyasəti həyata keçirir. Kimisə öz yuvasından qaçqın saldınsa, dərhal dövlətin əleyhinə qalxır.

“Qaçqın” ifadəsi təkcə vətənlə bağlı deyil. Kimisə işdən çıxarmağın özü də həmin şəxsi qaçqın salmaqdır.

Bu məsələ ümumiyyətlə kökündən səhvdir. Bu addımı atanların özünü vəzifədən uzaqlaşdırmaq lazımdır. Məsələni sabaha saxlamaq olmaz. Yeni vəzifəyə gələnin köhnələri ələməyə başlaması sadəcə vicdansızlıqdır, allahsızlıqdır. Heç kimin haqqı yoxdur ki, öz mənafeyi naminə kimisə işdən çıxarsın”.

Həmçinin oxuyun

“Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?“

“Bu gün mərkəzində olan məsələ müəllimlərin sertifikasiyasıdır”.  Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu …