Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi

Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi

AMEA Tarix institutunda həyata keçirilən ümumi islahatların tərkib hissəsi kimi institutun mövcud mülkiyyətindən səmərəli istifadə edilməsi tədbirləri də həyata keçirilir.

AMEA Tarix İnstitutu İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, indiyədək institutda kollektivin ümumi yığıncaqlarının, Elmi şuranın və dissertasiya şurasının iclaslarının keçirilməsi üçün konfrans zalı yox idi.

Bildirilib ki, bu vəziyyət elmi diskussiyaların və dəyirmi masaların təşkilinə də imkan vermirdi: “Şöbələrarası müzakirələrin keçirilməsi, kollektivin inteqrasiyasında da çətinlik yaranırdı. İnstitut rəhbərliyi səmərəli elmi fəaliyyətə mane olan bu halı aradan qaldırmaq məqsədi ilə indiyədək institut direktorunun kabineti kimi istifadə edilən geniş otağı müvafiq dəyişikliklər həyata keçirməklə konfrans zalı kimi təşkil edib.

Onun müasir standartlara cavab verməsi üçün zəruri texniki təminat işləri görülür. Bu yenilik nəticəsində institutun kollektivi elmi şuraların, dissertasiya şuralarının və digər elmi məclislərin keçirilməsi üçün müvafiq imkan əldə edə bilib. İnstitut əməkdaşlarının iş yerində elmi yaradıcılıq planlarını reallaşdırması üçün əlverişli şəraiti yaradılması istiqamətində də tədbirlər həyata keçirilir”.  /Modern.az

Həmçinin oxuyun

Toylarda yeni qaydalar tətbiq olunacaq? – AÇIQLAMA

Artıq bir ildən çoxdur ki, ölkədə toy şənlikləri keçirilmir. Bəzi vətəndaşlar isə karantin rejiminin qaydalarına …