Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / Yeni cərimələr təsdiqləndi

Yeni cərimələr təsdiqləndi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.
Dəyişikliklərə əsasən, qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.

Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …