Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Cəmiyyət / Yeni başçı: Sizi sumqayıtlıların əlinə versəm parçalayarlar, didərlər!

Yeni başçı: Sizi sumqayıtlıların əlinə versəm parçalayarlar, didərlər!

“Niyə məni insanlarla üz-üzə qoyursunuz?!

Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə sərt tənqid atəşinə tutulan qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsi olub.

Azinforum.Az xəbər verir ki, bu barədə Xeberle.com saytı məlumat yayıb.

Müşavirədə bildirilib ki, ən çox noqsanların olduğu qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsidir.

İdarənin müdir müavini Kamil Məmmədovun məruzəsi dinlənildikdən sonra icra başçısı Zakir Fərəcov şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, tikinti qaydalarının kobud şəkildə pozulduğunu, şəhərin estetik görünüşünün bərbad hala salındığını və tikintilərin şəhərin Baş planına uyğun olaraq aparılmadığını və nəhayət bu özbaşınalığa şərait yaradanların ciddi şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

İcra başçısı Kamil Məmmədovun fəaliyyətini sərt tənqid edib:

“Kamil müəllim, bilirsinizmi sizi sakinlərin əlinə versəm, nə edərlər?! Cavab vermək istəmirsinizsə, deyim, sizi parçalayarlar, didərlər. O qədər sumqayıtlıları, sahibkarları incitmisiniz, o qədər onlara süni əngəllər yaratmısınız ki! Memarlığın rəisi Həsən müəllimin isə sanki heç bir səlahiyyəti yoxdur, oturub kabinetində çay içir.

Bütün işləri müavin Kamil müəllim “həll edir”. Siz şəhərin yaşıllığını məhv etmisiniz. 50-60 il öncə əkilən ağacların kəsilməsinə rəvac vermisiniz. Şəhərdə yer qoymamısınız, bircə binaların damları qalmışdı. Gördüyünüz işlər də göz qabağında, parkda ulu öndər Heydər Əliyevin adına tikilən mərkəz heç elə böyük şəxsiyyətə layiqdirmi?! O adi bir obyektə oxşayır, sadəcə içini bir az şəkillərlə bəzəmisiniz.

Sülh küçəsi bərbad haldadır, qeyri-standart obyektlər ard-arda düzülüb, 90 faizinin də sənədi qanunsuzdur. İndi mən onları necə sökdürüm? Bir çoxları kasıb insanlardır, əksəriyyətinin krediti var. Biz gərək kompromisə gedək, kompensasiya ayıraq onlara. Mən əgər dərhal o obyektləri sökdürsəm, insanlar daha çətin duruma düşərlər, stress, xəstəlik taparlar. Niyə məni insanlarla üz-üzə qoyursunuz?!Odur ki, özünüz camaatla danışarsınız, səhvlərinizi düzəldərsiniz”.

 

Həmçinin oxuyun

Yaqub Zurufçu nazirin qəbuluna gəldi – FOTO

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Nazir …

Bir cavab yazın