Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Yazıçılar Birliyi “26″ kafesinin yerini icarəyə verməyəcək – AÇIQLAMA

Yazıçılar Birliyi “26″ kafesinin yerini icarəyə verməyəcək – AÇIQLAMA

Yazıçılar Birliyinə məxsus binanın alt qatında fəaliyyət göstərmiş və Bakı meri Hacıbala Abutalıbovun iştirakı ilə qapadılmış “26\” kafesinin sonrakı aqibəti barədə yeni söz-söhbət yayılıb. İddia olunur ki, guya kafe elə həmin yerdə yenidən fəaliyyətə başlayacaq.

Yazıçılar Birliyinin İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri Xəyal Rza Modern.az-a açıqlamasında səsləndirilən fikirlərin yanlış olduğunu bildirib:

“Bütün bunlar boş söhbətlərdir. Hazırda məlum hadisə ilə bağlı araşdırma getdiyi üçün “26” kafesinin taleyi həll olunmayıb. Oranın necə fəaliyyət göstərəcəyi haqqında tam qərar qəbul edilməyib. Bütün hallarda bundan sonra ora icarəyə verilməyəcək. Bütövlükdə ərazinin hansı sahədə fəaliyyət göstərməsi ilə bağlı qərarın olma ehtimalı var. Bu da bir neçə günə, yaxud gələn ay üçün müəyyən edilə bilər. Hər şey ümumi hadisələrin gedişatından aslıdır”.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın