Ana səhifə / Cəmiyyət / Yazar Cəlil Cavanşır “Facebook”da canlı yayımda intihara cəhd edib

Yazar Cəlil Cavanşır “Facebook”da canlı yayımda intihara cəhd edib

Yazar Cəlil Cavanşır “Facebook” sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib.

Cəlil Cavanşır bildirib ki, sosial şəbəkədəki dostlarına vida nitqi söyləyir. Bundan sonra o, sevgi,həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib. (APA)

Həmçinin oxuyun

Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon …