Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / Yay turizminin qiymətləri vətəndaşları qane edirmi? – VİDEOSORĞU

Yay turizminin qiymətləri vətəndaşları qane edirmi? – VİDEOSORĞU

Qızmar yayın istisindən xilas olmaq istəyən insanlar çıxış yolunu Azərbaycanın səfalı rayonlarına və ya qonşu ölkələrin istirahət məkanlarına getməkdə görürlər. Lakin yay istirahətini paytaxtda keçirənlər də az deyil.

Azərbaycan turizminin son illərdə formalaşmasına baxmayaraq, regionlarda qiymətlərin kifayət qədər baha olması əhalinin aztəminatlı hissəsini istirahət imkanından məhrum edib. Orta təbəqənin imkanları baxımından da bir çox istirahət mərkəzləri yetərincə yüksək qiymətlərlə işləyir.

Digər tərəfdən son illərdə dolların Azərbaycan manatına nisbətdə bahalaşması xarici ölkələrdə istirahətin də baha başa gəlməsinə səbəb olub.

Bəs, bu yay paytaxt əhalisi harada istirahət edir, yay məzuniyyətini necə keçirir? Azərbaycanda yay turizminin qiymətləri onları qane edirmi?

Musavat.com bu suallarla bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin cavablarını təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Həmçinin oxuyun

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” …