Ana səhifə / Cəmiyyət / “Yaxşı olar ki, hamı istintaqın yekununu gözləsin”

“Yaxşı olar ki, hamı istintaqın yekununu gözləsin”

“Milli Təhlükəsizlik Nazirliyində baş vermiş hadisə məyusedicidir. Milli və dövlət təhlükəsizliyinin qorunmasına birbaşa cavabdeh olan bu qurumda belə vəziyyətin əmələ gəlməsi ağrıdıcıdır. Xüsusi xidmət strukturu olan bu nazirliyin belə işlərlə məşğul olması hər bir vətəndaşda müxtəlif fikirlər yaradır. Təsəvvür edin, vəziyyət hansı həddə çatıb ki, ölkə rəhbəri belə sərt qərarlar qəbul etməyə məcbur olub.”

Bunları Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, polkovnik Eldar Sabiroğlu MTN-də baş verənlərə münasibət bildirərkən deyib.

E.Sabiroğlunun fikrincə, baş verənlər nə qədər dəhşətli olsa da, hamı, o cümlədən mətbuat MTN-də baş verənlərə ehtiyatlı yanaşmalı və istintaqın nəticəsini gözləməlidir.
“Yaxşı olar ki, hamı istintaqın yekununu gözləsin. Mətbuat diqqətli olmalıdır. Bu strukturu digər strukturlarla qarışıq salmaq düzgün deyil. Açıq-aydın hiss olunur ki, hansısa maraqlı dairələr həqiqəti əks etdirməyən məlumatlar, dezinformasiyalarla KİV-i “yükləyir”. Bu da yaxşı nəticə verməz. Mən bununla kiməsə öyüd-nəsihət vermək fikrində deyiləm. Nə də qurumdakı hadisəyə biganə qalmağı tövsiyyə edirəm. Lakin cəmiyyətdə belə bir fikir formalaşır ki, MTN-dəki vəziyyəti düzəltmək üçün illər lazım gələcək. İnamsızlıq toxumunu biraz da artıqmaq lazım deyil. Günahkarların üzü qara olsun. Hər hansı bir informasiyanı paylaşarkən, düşünmək lazımdır ki, onların oduna təmiz çekistlər də yana bilər. Mənim fikrimcə, bu məsələdə mütəxəssislər danşmalıdılr. Yerindən duran öz fikrini söyləyir və belə bir ciddi qurumun gələcək taleyi üçün suallar yaradır. Onsuz da qurumda baş verən hadisə böyük problemlər yaradıb.”

Həmçinin oxuyun

Xaricdə attestatla təhsil alanların diplomu tanınır?

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi …

Bir cavab yazın