Bazar , Oktyabr 20 2019
Ana səhifə / Cəmiyyət / Yasamalda  aylıq gəliri 100 min manat olan “Lotos çay klubu” adlı  qumarxana fəaliyyət göstərir 

Yasamalda  aylıq gəliri 100 min manat olan “Lotos çay klubu” adlı  qumarxana fəaliyyət göstərir 

Jurnalist Nüsrət İsaoğlu  Bakıda fəaliyyət göstərən qumarxanalardan birində yaşanan mənzərənin əyani şahidi olub. Azinforum.az  həmkarımızın həmin məkandan  hazırladığı reportajı təqdim edir:

“Azərbaycan Respublikası özünün bütün göstəricilərinə görə istinasız olaraq bütün dünyada dayanıqlı, inkişaf edən,siyasi sabitliyi ilə seçilən-insanları ölkə rəhbərliyinin daxili və xarici siyasətinə dəstək verən, milli-mənəvi dəyərləri ilə diqqət çəkən unikal bir ölkə kimi tanınır. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur duymaq olar. Möhtərəm Prezidentimiz İham Əliyev cənabları ölkəmizin daha yüksək inkişaf mərhələsinə qədəm qoyması üçün dünya azərbaycanlılarına, xarici ölkələrdə sərmayə qoyan, tanınmış həmyerlilərimizə hər zaman “yaşıl işıq”yandırıldığını dəfələrlə öz çıxışlarında bəyan etmiş, onları dövlətimizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməməyə səsləmişdir.
Deyəsən, bəziləri ünvanı səhf salmış, asan və əyri yollarla, mənəvi aşınma bahasına Azərbaycanda çirkli pullar qazanmaq eşqinə düşmüşlər. Bəlkə də bu əcaib hallara respublikamızda da digər xarici ölkələrdəki kimi münbit şərait olduğu ehtimal edirlər. Adama təəccüblü gəlir ki, ay vətəndaş, Vətən təəssübü çəkmək əvəzinə bu nə hoqqabazlıqdı çıxarırsan? Dövlətin başçısına rəsmən xoşagəlməz, cəmiyyətimizə yabancı olan vərdiş və məşğuliyyətlərdən biri olan qumar oyununa qadağa qoyduqdan xəbəri yoxdurmu belə başa bəla işbazların? Əlbəttə var. Uzağa niyə gedək, elə Bakının “Inşaatçılar” metrostansiyasının yaxınlığında “Lotos çay klubu”na baş çəkmək kifayətdir ki, “xoruzun quyruğunu görəsən”. Burada əvvəllər “çay evi” kimi fəaliyyət göstərən “Lotos çay klub”a baş çəkəndə çox mətləblərdən agah oldum. Axşam saat 7-dən sonra burada bir həngamə olur ki, gəl görəsən. Deyilənə görə, bu güşənin sahibi-ixtiyarı Rusiyadan gələn hallı-pullu oğullarımızdan sayılan Yusif adlı bir şəxsdir. Amma işlərinin pərgar, yağ kimi getməsi üçün unikal bir üsula əl atıb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərin iştirakçısı olmuş müharibə veteranlarından istifadə etməklə hər gün külli miqdarda qazanc əldə edir. Guya “çay klub” həmin insanlarındır.

Təbii ki, müəyyən çətinliyi olan yumuşaq xarakterli şəxslər onun toruna asanlıqla düşürlər. “Lotos çay klub”u özünün cəlb edici xüsusiyyətləri ilə hər gün reklam olunan iri həcmli şirkət və firmaları çoxdan geridə qoyub. Klub gecə ən azı saat birədək işini təmin etməkdən ötrü həmin saatda 100 azn pulsuz oyun prizdə müəəyyənləşdirib. Qumara gələnlər təbii ki, bu prizdən faydalanmaq üçün canfəşanlıq edirlər. Müştərilər mini yubkalı, açıq sinəli,şirindilli gözəgəlimli xanımların xidmətindən məmnunluq edirlər. Xanımlar olanlara torbadan daş çıxarır, stola istədiklərini gətirirlər.

Klubun “özəllik” və “gözəlliklərindən” biri də burada pivənin müştərilərə pulsuz verilməsidir. İçib hallanan hər kəs isə qumar süfrəsinin başından əskik olmaz. İndi də keçək şəxsən müşahidə etdiyim oyun qaydalarına. Qumarda uduş müddəti cəmi iki dəqiqə çəkir, hər uduşda isə altmış-yetmiş manat arası məbləğ olur. Hər oyunun iyirmi manatı “çay klub”undur. Bu hesabla hər saata 600 manat pul qazanılır. Oyun gün ərzində beş saat davam edir. Bu isə aylıq ən azı 90 min manat vəsait deməkdir. Bəli, “gecə qara, cücə qara” düşüncəsilə yoldan keçənləri, gəncləri, yeniyetmələri, o dairədə yaşayan insanları öz toruna asanlıqla salan bu başıbəla “işbazlar”a hətta havadarlıq, “krişalıq” edən “mətbuat yengələri” də varmış sən demə. Bu yazıdan sonra Yusif bəyin xudmani xanəsi barəsində əlaqədar qurumların ölçü götürəcəyinə əminik. Mövzü diqqətimizdədir…”

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

nusret

Həmçinin oxuyun

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Ölkələr …

Bir cavab yazın