Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / “Yas və toy mərasimləri qanunla tənzimlənsin”

“Yas və toy mərasimləri qanunla tənzimlənsin”

Deputat Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib. “Qafqazinfo” xəbər verir ki, o, parlamentdə qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri  keçiriləcək:

“Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq say çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.

Deputat həmçinin milli adətlərlə bağlı olan  qanunlarımızın sərtləşdirilməsini təklif edib: “Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma  nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”.

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …