Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / “Yarım kub” iynə vurmaq istəyən həkim kimdir? – Xəstəxana nazirliyi təkzib edir

“Yarım kub” iynə vurmaq istəyən həkim kimdir? – Xəstəxana nazirliyi təkzib edir

“Medera Hospital” mediada Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının kadrarxası çəkilişlərində efirə çıxarılacaq şəxsə iynə vurulmasını təklif edən həkimin sözügedən xəstəxanada çalışmadığını açıqlayıb.

Klinikanın baş həkimi Firəngiz Məhərrəmova BakiPost.az-a açıqlamasında bildirib ki, sözügedən görüntülərdəki həkimin “Medera Hospital”la heç bir əlaqəsi yoxdur: “Biz onlara sadəcə olaraq sponsorluq etmişik. Yəni tibbi xidmət göstərməmişik. Bizdən olan təcili yardım maşını ora gedənə kimi verilişdəki xəstə birtəhər olar. Biz o veriliş üçün heç bir tibbi xidmət göstərmirik. Onlar başqa təcili yardım çağırırlar. Onun da bizə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramlı bildirib ki, görüntülərdəki “Medera Hospital”ın həkimidir.

Onu da bildirək ki, “Səni axtarıram” proqramının kadrarxası çəkilişlərində efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim qəhrəmanı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir. Söhbətin hansı iynədən getdiyi isə bilinmir.

Həmçinin oxuyun

AMEA-da struktur dəyişiklikləri olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Akademiyadan “Report”a verilən məlumata görə, …

Bir cavab yazın