Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / YAP-dan cavab: “Gülər Əhmədova və Hafiz Hacıyev bir-birilərinə çox yaraşırlar”

YAP-dan cavab: “Gülər Əhmədova və Hafiz Hacıyev bir-birilərinə çox yaraşırlar”

“Gülər Əhmədova və Hafiz Hacıyev bir-birilərinə çox yaraşırlar. Gülər Əhmədova düzgün siyasi seçim edib və bu seçimində ona uğurlar arzulayırıq”.

Bu sözləri Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev keçmiş YAP- deputat Gülər Əhmədovanın Müasir Müsavat Partiyasına üzv olacağı haqqında yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

Partiya rəsmisi Gülər Əhmədovanın YAP-a və onun üzvlərinə qarşı irəli sürdüyü ittihamlara da cavab verib.

Hüseyn Paşayev Gülər Əhmədovaya uğurlar arzulayaraq bildirib ki, onun YAP-a və rəhbərlərinə qarşı irəli sürdüyü ittihamlar siyasi xal qazanmaq istəyi və atılan çamurdur:

“Əgər Gülər Əhmədova siyasətə qayıtmaq istəyirsə, buyurub qayıtsın. Amma onun köhnə partiya silahdaşlarını, YAP-ın üzvlərini nədəsə ittiham etməklə xal qazanmaq istəyi yersizdir.

YAP-ın ayrı-ayrı nüfuzlu şəxslərini yersiz tənqid və təhqirlə siyasət meydanına qayıtmaq istəyi mənasız və yersizdir. Bunların hamısı yanlış gedişlərdir. Biz bunu kənardan atılan çamur hesab edirik və YAP-a yapışmır.

Gülər Əhmədova artıq siyasi fəaliyyətini hansı siyasi partiyada davam etdirəcəyi ilə bağlı qərarını verib.

Yəqin ki, düzgün qərar verib və seçimini edib. Sadəcə olaraq ona gələcək siyasi fəaliyyətində və həyatında uğurlar arzulaya bilərik.

Gülər xanım vaxtı ilə YAP-ın üzvü olub. Amma onun barəsində cinayət işi qaldırıldığına görə partiya təmsilçiliyindən uzaqlaşdırılıb. Haqqında cinayət işi açılmış şəxs partiya üzvü ola bilməz”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın