Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / YAP-da növbəti intim video kimin olacaq? – Rayon təşkilatlarının sədrləri SƏKSƏKƏDƏ…

YAP-da növbəti intim video kimin olacaq? – Rayon təşkilatlarının sədrləri SƏKSƏKƏDƏ…

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) növbəti qalmaqal yaşanır. Buna partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılan intim görüntüləri səbəb olub.

Həmin video R.Göyüşov telefonda yarıçılpaq bir xanımla görüntülü ünsiyyət qurarkən lentə alınıb. Bu ünsiyyət zamanı YAP-çı sədr cinsi ehtiraslarına hakim ola bilməyib. Təbii ki, R.Göyüşovun özü videoçəkilişdən xəbərsiz olub.

YAP artıq hadisəyə rəsmi münasibət bildirərək, Ramiz Göyüşovun əməlini əxlaqi normalara sığmayan hərəkət adlandırıb və bunun partiya tərəfindən hiddətlə qınanıldığını vurğulayıb.

İndi R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması məsələsini İdarə Heyətinin iclasına çıxarmağa hazırlaşırlar.

Xatırladaq ki, oxşar hadisə bir müddət öncə YAP-ın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı da baş vermişdi.

O zaman sabiq deputat xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən məlum video ilə gündəmə gəlmişdi. Həmin görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov rayon təşkilatının sədri vəzifəsindən, partiyanın Veteranlar Şurasının üzvlüyündən, YAP sıralarından, eləcə də çalışıdığı Neft və Sənaye Universitetindəki kafedra müdiri vəzifəsindən azad edildi…

76 yaşlı Hüseynbala Mirələmovun özü mətbuata açıqlamasında həmin videonun sifariş olduğunu, onun ictimai fəaliyyətinə və şəxsi nüfuzuna qara yaxmağa çalışan qüvvələr tərəfindən yayıldığını bildirmişdi.

İndi oxşar taleni Ramiz Göyüşov da yaşayır. Videosu yayılan Göyüşovu YAP-ın rayon təşkilatının sədri vəzifəsindən çıxarırlar, ardınca İdarə Heyəti onu ümumiyyətlə YAP-dan qovur…

67 yaşlı Ramiz Göyüşov da mətbuata açıqlamasında eyni mövqedən çıxış edib: “Bu video ilə mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışırlar”…

Modern.az saytına verilən məlumatda bildirilir ki, hadisə YAP-da əməlli-başlı çaxnaşma yaradıb. Xüsusilə rayon təşkilatları sədrlərinin səksəkə içində olduğu bildirilir. Qeyd olunur ki, YAP-ın rayon təşkilatlarının sədrləri birdən onların da intim videosu yayılar deyə, ciddi narahat olmağa başlayıblar.

Bəs növbəti belə intim video yayıla bilərmi? Verilən məlumatlarda bunun istisna olunmadığı bildirilir…

Məlumatlara görə, bu olaylardan sonra partiyanın rayon təşkilatlarına rəhbərlik və təqaüd yaşına çatmış “köhnələr” tutduqları vəzifədən uzaqlaşdırılacaq.

Xatırladaq ki, hazırda YAP-ın 85 rayon təşkilatı fəaliyyət göstərir.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …