Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / YAP-çı namizəd Nyu Yorkda villa alıb — 1 140 000 dollara

YAP-çı namizəd Nyu Yorkda villa alıb — 1 140 000 dollara

Hakim Yeni Azərbaycan Partiyası siyahısını açıqladıqdan sonra, namizədlərinin təftişi başlayıb. Xüsusilə, jurnalistlər Yeni Azərbaycan Partiyasının siyahısında olan namizədlərlə bağlı axtarışlar verirlər. 


Demokrat.az xəbər verir ki, hazırda Avropada yaşayan jurnalist Cavanşir Həsənli öz sosial media hesabından bu mövzuda maraqlı məlumatlar yaymaqdadır. 


Jurnalistin iddiasına görə, “YAP-ın deputatlığa namizədlərindən biri olan “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. 


İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir”.


Həmçinin, Məşhur Məmmədovun iki il əvvəl Nyu York şəhəri yaxınlığında villa aldığı da bildirilir. Villa Nyu York yaxınlığında, RIVERDALE 335, Lot in Fort Lee ünvanında yerləşir və deputatlığa namizəd bu daşınmaz əmlak üçün 1 milyon 140 min dollar ödəyib.


Qeyd edək ki, Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və “Embawood’ şirkətinin rəhbəridir. Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda nə hikmətsə, şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …