Cümə axşamı , May 23 2019
Ana səhifə / Cəmiyyət / Yanğında ölən uşaq professor nəvəsidir – Foto

Yanğında ölən uşaq professor nəvəsidir – Foto

Dünən Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın faciəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Təyyar Salamoğlunun nəvəsi də faciəvi surətdə yanaraq dünyasını dəyişib.  

Axar.az-ın verdiyi xəbərə görə, T.Salamoğlunun ağır sarsıntı keçirdiyi bildirilir.   Bakının Binəqədi rayonundakı yanğın zamanı dünyasını dəyişənlərdən biri də Bakı-2015 I Avropa Oyunlarının könüllüsüdür.   Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) Report-a verilən məlumata görə, bu, Eyvazova Ülkər Hamir qızıdır.

21 yaşlı könüllü özündən 5 yaş kiçik qardaşı Eyvazov Davud Hamir oğlu və anası, 43 yaşlı Şirinova Zülfiyyə Yavər qızı ilə birgə vəfat edib.   BEGOC mayın 19-da yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən I Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, dünyasını dəyişən ailə üzvləri həm də Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdır.

Həmçinin oxuyun

“Maksimum bal toplayanların sayında ciddi azalma var” – Ekspert

“Əvvəlki illərlə müqayisədə qəbul imtahanında maksimum bal toplayan abituriyentlərin sayında ciddi şəkildə azalma müşahidə olunur”. …

Bir cavab yazın