Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / `Yanğına görə məsuliyyət daşımırıq` – İcra hakimiyyəti

`Yanğına görə məsuliyyət daşımırıq` – İcra hakimiyyəti

Binəqədi rayon İcra Hakmiyyəti baş verən güclü yanğına görə məsuliyyəti öz üzərindən atıb.
İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov AzVision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür.
“Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.
Qeyd edək ki, yanğın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verib. Hazırki məlumata görə, hadisə nəticəsində 15 nəfər ölü, 61 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın