Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Yalançı mesajla milyon qazanan “Azercell”

Yalançı mesajla milyon qazanan “Azercell”

“Yalançı mesajla milyon qazanan “Azercell”Azercell” həmin yalançı mesajla sadəcə öz istifadəçilərini aldadaraq balansdan pullarını “yeyir”

Məlumdur ki, mətbuatda mobil operatorların vətəndaşları yalançı mesajlarla aldatması və ya müxtəlif yollarla vətəndaşlara yaratdığı problemlərlə bağlı dəfələrlə yazılar dərc olunub. Biz də Qafqaz Xəbər Agentliyi olaraq bir müddət öncə ““Bakcell” balansdan “oğurladığı” qəpiklərdən milyonlar qazanır” başlıqlı yazı dərc etmişdik. Bu yazıda “Bakcell”-in qəpiklərdən milyonlar qazanmağı haqda söhbət gedirdi. İndi isə “Azercell”-in vətəndaşları aldadaraq yalançı mesajlarnan qəpikləri necə milyona çevirməsi haqda yazacağıq. Bir vətəndaş olaraq bu yalançı mesaja aldanaraq başıma gələnləri oxucularla bölüşmək istəyirəm. 14.07.2015-ci il tarixdə “Azercell” nömrəmə belə bir mesaj gəldi: “ 30MB-lıq İnternet paketinə abunə ol və ilk ay paketi pulsuz əldə et! Qoşulmaq üçün 20.07.2015 tarixinədək 2525-ə 30 yaz göndər”. Mən də “Azercell”-in bu yalançı mesajına inanaraq 18.07.2015-ci ildə qeyd olunan 2525 nömrəsinə 30 yazıb göndərdim. Balansımdan 1 qəpik çıxıldı və əvəzində mənə belə bir mesaj gəldi: “ Yanlış! İnternet paketləri üçün 50, 500, 1000, 5000, 10000, Limitsiz, 50+, Gün, Gün+, Gecə, 1 saat, 3 saat, Həftəsonu; 4G paketlər üçün 25GB, 50GB, 100GB göndər”. Mən də növbəti dəfə 50 yazıb 2525-ə göndərdim həmin vaxt balansdan yenidən əvvəl 1 qəpik, sonra isə 1 manat çıxıldı. Və internet paket aktiv olundu. Bu aldadıcı mesaja milyona yaxın istifadəçisi olan “Azercell” istifadəçilərinin hərəsi bir dəfə aldanaraq qoşulsa ilkin mərhələdə 1 qəpik ilə minlərlə manat, sonra isə növbəti qoşulmada balansdan çıxan 1 manatla milyonlarla manat əldə olunur. Qısa hesablama ilə bu nəticəyə gəlmək olar ki, milyona yaxın istifadəçisi olan “Azercell” 1 qəpik ilə minlərlərlə manat əldə edir, sonra isə bir manatla milyonlar əldə olunur. Burdan belə nəticəyə gəlmək olar ki “Azercell” həmin yalançı mesajla sadəcə öz istifadəçilərini aldadaraq balansdan pullarını “yeyir”.
Araz Məmmədov
“Qafqaznews”

Həmçinin oxuyun

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib. “Report”un yerli …

Bir cavab yazın