Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / Yadigar Muradov: “Bu gün mənimçün anım məclisi keçirilə bilərdi…”

Yadigar Muradov: “Bu gün mənimçün anım məclisi keçirilə bilərdi…”

“Mənim üçün ən böyük hədiyyə koronavirusdan sağalıb, xəstəxanadan evimə dönməyimdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov doğum günü ilə bağlı arzusundan danışarkən deyib. Aktyor koronavirusdan sağalmağını möcüzə hesab edir:
“Dostlar məni Şamaxıya dəvət eləyib. Təbiət qoynunda gəzirik, səhnə danışığı müəllimim Nadir Hüseynov bizimlədir. Allaha şükürlər olsun, koronadan sağaldım, hamıya da can sağlığı arzulayıram. Hamınız bilirsiniz ki, mən bu saat ad günümü keçirməyə də bilərdim. Bu gün mənim üçün bir anım məclisi keçirərdilər və deyərdilər ki, yazıq 63 yaşını qeyd edə bilmədi, koronaya lənət olsun”. Amma mən qalib gəldim bu virusa”.

Həmçinin oxuyun

Yeni icra başçısı kollektivə təqdim olundu

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Onu Prezident Administrasiyasının Ərazi-təşkilat …