Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Yaddaşımızda xaos yaradıb, bizi bu cür sıradan çıxarmaq istədilər”- Xalq yazıçısı

“Yaddaşımızda xaos yaradıb, bizi bu cür sıradan çıxarmaq istədilər”- Xalq yazıçısı

“Əlbəttə, hər birinə hörmətim olsa da deyə bilərəm ki, yanlışlıq bizim bəzi elm adamlarından,-etnoqraflarımızdan, folklorçularımızdan, tarixçilərimizdən gəlir: “Qurani- Kərim”də də deyilir: sudan torpaq, gil götürdüm, yoğurdum, yapdım, odda bişirdim, üfürüb ruh verdim, gözlərini açdı. İndi bu gedişə-prosesə kiçicik bir dəyişiklik etsək nəyinsə alınacağına ümid etmək mümkündürmü? Bu da gerçəkdir ki, bu bayramla bağlı çox tarixi ağrılar- acılar çəkmişik, qadağalar-yasaqlar yaşamışıq… “

Bunu Moderator.az-a açıqlamasında Xalq yazıçısı, Azərbaycan folklor və etnoqrafiyasının mahir bilicisi Mövlud Süleymanlı ilaxır çərşənbələrin ardıcıllığında yol verilən səhvə münasibət göstərərkən açıqlayıb.

Qeyd edək ki, burada bayram amilini tam kənara qoyuruq. Xalq yazıçısı kosmik düzənin pozuntusunu özündə əks etdirən ardıcıllıqla çərşənbələrin xatırlandığını qeyd edib:
“Düşünək, bu yasaqlar-qadağalar nəyə görəydi? Sovetlər Birliyinin dinsizlik dönəmində belə, sonacan din yığışdırılmadı, amma bu elə yığışdırıldı ki, yaddaşımızda bu cür kosmik xaos-qarışıqlıq yarandı..Nəyə görəydi bütün bunlar?! Ona görəydi ki, bizim varlığımızı qəbul etmək istəməyənlər Novruzun dahiyanə gerçəkliyini bizdən yaxşı bilirdilər. Bilirdilər ki, harda daha güclü olarıq, bizim gücümüz harda daha da çoxdur. Onlar bizim gücümüzü almaq üçün bir başa varlığımıza bağlı olan Novruzu sıradan çıxartmaq, daha doğrusu, bununla da bizim özümüzü sıradan çıxartmaq istəyirdilər”.
Qeyd: Moderator.az Xalq yazıçısının bu istiqamətdə saytımıza təqdim etdiyi qeydləri sabah daha ətraflı təqdim edəcək.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …