Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət /  “YƏHYA MUSAYEVİN OĞLUNUN MAŞIN KOLLEKSİYASINI SATIB ORDUYA XƏRCLƏSƏN…”

 “YƏHYA MUSAYEVİN OĞLUNUN MAŞIN KOLLEKSİYASINI SATIB ORDUYA XƏRCLƏSƏN…”

 

Müdafiə Sənayesi Nazirliyinə (MSN) rəhbərlik edən məmurlar ancaq özlərinə işləyirlər. Kabinetlərində oturub övladlarına , qardaşlarına, qohum -əqrabalarına şərait qurmaqla məşğuldurlar.

Bu sözləri Tərəfdar.az-a Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevin qanunsuz olaraq külli miqdarda mənimsədiyi vəsaitlərdən danışarkən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev söyləyib.

Təşkilat sədrinin sözlərinə görə, Y. Musayevin Badamdarda tikdirdiyi binaları hesablasaq, Azərbaycan ordusunun bir aylıq təchizatıdır:

“Onu da deyim ki, yalnız. Y. Muayev deyil,  bəzi məmurlar həqiqətə harınlayıb. Dünən, saytların birində təhlil oxudum. Mən dediklərimi kompleksləşdirib, analitik təhlil kimi vermişdilər. Bu gün Prezidentin verdiyi sərəncamlar, tapşırıqlar yerinə yetirilmir. Bəzi məmurlar o qədər harınlayıblar ki, gözləri ayaqlarının altını görmür. Hazırkı məsələ isə çox xırda bir işdir. Nazir müavininin nəsil-nəcabəti kapitalistdən də artıq həyat tərzi sürür. Onlardan soruşan yoxdur ki, siz bu pulları haradan alırsınız. Siz pulmu kəsirsiniz? Hansı gəlirin bu qədər artıb ki, sən belə malikanələr inşa etdirirsən, son model avtomaşınlar alırsan?  Bunların hamısı oturub, özlərinin bizneslərini, xaricdəki əmlaklarını, eyş- işrətlələri haqda düşünürlər. Y. Musayevin oğlunun maşın kolleksiyalarını satıb orduya xərcləsən, yeni silahlar alsan, sizi inandırım ki, qoşunlarımız İrəvanda oturar”.

 

H. Hacıyev diqqətə çatdırıb ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun kürəkəni Ziya Məmmədovun isə oğlu olan Anar Məmmədov “Vaşinqton Post” qəzetində çalışan yazarlara sponsorluq edir:

“A. Məmmədov Kərimov Əlinin oğlunu aparıb, Senatla tanış elədi. Bunu 3 ay əvvəl demişdim. Bu gün, ölkəni talayıb dağıdırlar.  Prezidetin ətrafında olan şöbə müdirləri niyə demirlər ki, ölkədə kənd təsərrüfatı batıb gedib? Niyə yanlandan dövlət başçısına deyirlər ki, kənd təsərrüfatı sahəsində 6 faiz artım var?”

 

Qeyd edək ki, bu günlərdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda partlayış baş verib. Məlum hadisədən sonra qurum nazirinin müavini Yəhya Musayevin zavodlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə ayrılan vəsaitləri təyinatı üzrə xərcləməməsi üzə çıxıb. İddia olunur ki, Y. Musayev ayrılan vəsaitin böyük hissəsini mənimsəyirmiş və çox az bir hissəsinə isə keyfiyyətsiz avadanlıqlar alırmış.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın