Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi

Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi

Bu gün Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində il mərasimi keçirililib.

Cəbhə.info xəbər verir ki, Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov məclisə təşrif buyurublar. 

Xüsusi xidmət orqanı rəhbərlərinin mərasimdə iştirak etməsi Etimad İsmayılovun atası İlyas İsmayılov və məclisdə iştirak edən insanlar üçün gözlənilməz olub. 

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …