Çərşənbə , İyul 6 2022
Ana səhifə / Cəmiyyət / Xüsusi nümayəndəliyə pick-up tipli avtomobil ianə edildi

Xüsusi nümayəndəliyə pick-up tipli avtomobil ianə edildi

“Bu gün Qarabağ Dirçəliş Fondunun qonağı olduq və həmkarım Rəhman müəllim ilə işğaldan azad olunmuş ərazilərin bərpası barədə faydalı müzakirə keçirtdik”.


Bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) (QİRİAOƏ ) xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Qarabağ Dirçəliş Fondunun (QDF) sədri Rəhman Hacıyevlə görüşdən sonra yazıb.


“Görüşdən sonra QDF tərəfindən QİRİAOƏ-ə Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk!”, – Emin Hüseynov əlavə edib.

Həmçinin oxuyun

Prorektor Şahin Xurşudov GDU-nun həyətində kafe tikib?

Müxalifətçi partiya sədrinin bacısı oğlu necə prorektor oldu..?  Təhsil sistemimizin necə bərbad durumda olması ilə …