Çərşənbə , May 22 2024
Ana səhifə / Cəmiyyət / Xoşqədəm Hidayətqızı: “Kişi olsaydım, gündə birini boşayardım” – VİDEO

Xoşqədəm Hidayətqızı: “Kişi olsaydım, gündə birini boşayardım” – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəm olub.

Atasına və anasına çox dəyər verən Hidayətqızı “Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Atama bir söz desə, onu küçəyə atardım” sözlərini söyləyib:

“Əgər bir oğul həyat yoldaşına onu doqquz ay bətnində gəzdirən qadını döyməsinə ixtiyar veribsə, mən o oğlanın yerinə olsam, boşayaram. Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Anama, atama bir söz desə, onu atacaqdım küçəyə aliment də verməyəcəkdim. Nə ondan olan uşağı qəbul edəcəkdim, nə də onun özünü. Bir manat belə verməzdim, acından ölsün”.

Aparıcının “Səni axtarıram” verilişindəki bu açıqlaması böyük təəccübə səbəb olub.

Sözügedən görüntülər izləyici kütləsi böyük olan onlayn platformalarda paylaşılaraq müzakirələr yaradıb.

https://baku.tv/embed/59437

Həmçinin oxuyun

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?” – VİDEO

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Bunu “Persona” verilişinin qonağı olmuş …