Ana səhifə / Cəmiyyət / Xocavənddə 15 min hektar əkin sahəsi Azərbaycanın nəzarətinə keçib

Xocavənddə 15 min hektar əkin sahəsi Azərbaycanın nəzarətinə keçib

2020-ci ildəki 44 günlük müharibədən sonra Xocavənd bölgəsindəki 27133,1 hektar əkin sahəsindən ümumilikdə 15,792,1 hektarı Azərbaycanın nəzarətinə keçib.

Bu barədə erməni mətbuatı yazıb.

“Müharibədən əvvəl bölgədə 22 min hektar əkin sahəsi becərilirdi. Hal-hazırda 308,29 hektar üzüm, 230 hektar nar bağı və 62,27 hektar meyvə bağları Azərbaycanın nəzarəti altındadır”,-deyə Xocavənd “regional şöbə”sindən açıqlama verilib.

Bundan əlavə sözügedən “qurum tərəfindən müharibə zamanı Xocavəndin atəşə tutulması nəticəsində 578 iribuynuzlu mal-qara, 872 xırdabuynuzlu heyvan və 820 donuzun öldüyü, 792 baş iribuynuzlu heyvan və 565 xırdabuynuzlu heyvanın isə itkin düşdüyü qeyd edilib. Həmçinin 15 kombayn, 105 traktor və 100-dən çox digər kənd təsərrüfatı texnikasının Azərbaycanın nəzarətində olduğu vurğulanıb.

Həmçinin oxuyun

Müxalifət funksioneri koronavirusdan vəfat etdi – FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Məhərrəm Həsənov koronavirusdan dünyasını dəyişib. M.Həsənov bir …