Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / “Xırdalanda yaşadığım üçün belələrinin əməllərindən qalın bir kitab yazaram”

“Xırdalanda yaşadığım üçün belələrinin əməllərindən qalın bir kitab yazaram”

“Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri də həbs edildi. Son 10 ildə Xırdalanda yaşadığım üçün belələrinin əməllərindən qalın bir kitab yazaram. Çünki özüm və qardaşım hələ 2011-ci ildə bütün sənədləri qaydasında olan torpaq mülkiyyətində mənzil tikəndə bu adamların qanunsuzluğunun hər üzünü gördüm. Şəxsi məsələ, xırda iş deyib keçdim onların üzərindən və ictimailəşdirmədim o zaman. İndi də olub-keçən məsələdən yazmaq istəmirəm, deyəcəyim başqadır. Aydındır ki, təyinatlı icra hakimiyyəti sistemini xalqın səsilə formlaşan yerli seçkili qurumlara verməyəcəklər”.

Bunu iqtisadçı Rövşən Ağayev deyib.

R.Ağayev qeyd edib ki, çünki bu addım hazırkı idarəetmənin prinsiplərinə və fəlsəfəsinə zidd addım olardı. Amma icra hakimiyyəti sitemində az da olsa nəyisə dəyişmək istəyirlərsə, onda aşağıdakı addımları atmaq bəlkə də azacıq nəyisə dəyişə bilər:

1) Bütün icra hakimiyyəti başçıları bir gündə, bir fərmanla kreslosundan alınır, ən azı 2 ay müddətinə onların vəzifələri müavinlərindən birinə tapşırılır;

2) Bütün icra başçılarının postuna kadr seçimi üçün müsabiqə elan edilir. Namizədlər üçün meyarlar (idarəetmə, hüquq və iqtisadiyyat sahəsində ali təhsil, ixtisası üzrə azı 5 iş il iş təcrübəsi və s.) açıq göstərilir. Təyinat iddialılar arasından seçilib aparılır, bütün iddiaçıların CV-si hansısa sayt vasitəsilə ictimailəşdirilir;

3) Təyinatdan sonra köhnə aparat tam buraxılır, yeni başçı yeni aparat təşkil edir;

4) Təhsil və səhiyyə sahəsində, xüsusən bu sahələrə vəzifəli şəxslərin təyinatı və büdcənin istifadəsi sahəsində İH-nin səlahiyyətləri dondurulur…”

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …