Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Xarkovda həlak olan Samir Tahirov kimdir? (FOTO)

Xarkovda həlak olan Samir Tahirov kimdir? (FOTO)

Ukraynanın Xarkov şəhərində vəfat edən Tahirov Samir Sürəddin oğlu ilə bağlı yeni məlumatlar əldə etmişik.
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, Samir Tahirov əslən Masallı rayonunun Miyankü kəndindəndir. O ötən il ailəsini burda qoyaraq Ukraynana sürücü işləməyə yollanıb. 

Samir Tahirovun bir qızı, bir oğlu var. Onun atası isə bir neçə ilə əvvəl dünyasını dəyişib.
Xatırladaq ki, Samir Tahirov Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar zamanı ağır yaralanmışdı. Dünən isə dünyasını dəyişib. 
Qaynarinfo Samir Tahirovun fotosunu da əldə edib. Rusiyanın Ukraynada apardığı müharibənin qurbanı olan həmyerlimizin fotosunu təqdim edirik. 

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …