Bazar , Yanvar 17 2021
Ana səhifə / Cəmiyyət / XARİCDƏ OLAN VƏTƏNDAŞIN ƏMLAKI HANSI FIRILDAQLA SATILIB? – İLQAR AFŞAR TAPILDI…

XARİCDƏ OLAN VƏTƏNDAŞIN ƏMLAKI HANSI FIRILDAQLA SATILIB? – İLQAR AFŞAR TAPILDI…

Azinforum.az-a ölkədə fəaliyyət göstərən  notariat kontorlarından birinin “işbirliyi” nəticəsində meydana çıxan fırıldaqla bağlı maraqlı məlumat daxil olub. Belə ki, Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanındakı, Məmmədov İlqar Aydın oğlu adlı şəxsin  rəhbərlik  etdiyi 11 saylı notariat kantoru qəribə qanunsuzluğa imza atıb. Ölkənin hüdudlarından kənarda olduğu halda, Fətiyev Telman adlı şəxsin adından başqasına etibarnamə verilib. Sonra da həmin etibarnamənin əsasında hansısa əməliyyat həyata keçirilib.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Fətiyev Telman notariat kontorlarının onun başına açdıqları fırıldaqla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Həmin iddia arzəsi məhkəmənin icraatına götürülüb.

Azinforum.az-ın araşdırması nəticəsində məlum olub ki, barəsində şikayət edilən  11 saylı notariat kontorunun rəisi Məmmədov İlqar mediaya və siyasi çevrələrə  tanış adamdı.  Sən demə, imzası daha çox İlqar Avşar kimi cəmiyyətə tanış olan bu şəxs radikal müxalifət mövqeyindən geri çəkildikdən sonra,  notariat sahəsində çalışırmış. 

Yazıda adları çəkilən  hər bir şəxslərin mövqeyinə yer verməyə hazırıq.

M.MİRZƏ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” – Fotolar

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub. Əməkdar artist kənddə gördüyü …

Bir cavab yazın