Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar açıqlandı – QƏRAR

Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar açıqlandı – QƏRAR

Baş nazir Novruz Məmmədov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planını təsdiq edib.

Qərara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslar müəyyən edilib:

1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri; 

1.8. coğrafiya.

2. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

3. Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

4. Texniki və texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

5. İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

6. Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

7. Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

Həmçinin oxuyun

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.“RİA …