Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Cəmiyyət / Xarı Bülbülü şüşə üzərinə ilmə-ilmə işləyən rəssam…

Xarı Bülbülü şüşə üzərinə ilmə-ilmə işləyən rəssam…

O, şüşə üzərində rəngli dünya yaradır. Təxəyyülü, xəyal dünyası, zərafəti ilə şüşəyə al-əlvan rəng bəxş edir. Hazırda isə Xarı Bülbülü, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini şüşə üzərinə əks etdirir. Əl işləri dünyanın müxtəlif ölkələrində sevilərək saxlanılır. 
Daha çox milli arnamentlərə üstünülk verən vitraj ustası Gülçin Aslanlı Moderator.az-ın suallarını cavablandırdı. 

-Son vaxtlar daha çox hansı əl işlərinə təlabat  var?
-30 ildir ki, həsrətini çəkdiyimiz torpaqlarımız işğaldan azad olundu. Bu tarixi qələbəmiz bizdə ruh yüksəkliyi yaratdı. Şanlı ordumuzun və Türk qardaşlığının dəstəyi ilə əzəli torpağlarımız olan Qarabağımıza qovuşduq və bu qürurverici qələbəmizin sevinci, hər bir sahədə olduğu kimi rəssamlığa da öz təsirini göstərdi. Məhz bu səbəbdən Qarabağ mövzusunda olan əl işləri daha çox tələb olunur. Mən də bir Qarabağlı olaraq xüsusən bu mövzunu sevərək işləyirəm. Ümumiyyətlə düşünürəm ki, Qarabağımızı dünyada tanıtmaq üçün hər birimiz əlimizdən gələni etməliyik.

-Hazırda Qarabağ mövzusunda hansı işləriniz var?
-Hazır da sizə Xarı bülbül kolleksiyamı təqdim etmək istəyirəm. Bildiyiniz kimi Xarı bülbül Qarabağımızda, Şuşada bitən, Azərbaycanın qırmızı kitabında yer alan və son vaxtlar qələbəmizin bir simvoluna çevrilən nadir bir gül növüdür. Məhz bu səbəblərdən məndə Qarabağ mövzusunda elə ən birinci Xarı bülbül ilə başlamaq istədim. Bu mənim çox sevərək işlədiyim əl işlərimdən oldu və izləyicilərim tərəfindən də çox sevildi.

-Gələcək hədəfləriniz nələrdir?
-Hədəfim öz gördüyüm işləri nəinki vətənimdə, həmçinin ölkədən kənarda tanıtmaqdır. Əsasda bir az öncə dediyim kimi həm əl işlərimi, həmdə bunun bərabərində Qarabağımızı tanıtmaq. Bu səbəbdən əsas məqsədim Qarabağda keçiriləcək bütün festivallarda iştirak edib, xaricdən gələn qonaqlara əl işlərim vasitəsi ile Qarabağımız haqqında məlumatlar verməkdir.

-Bu sahədə özünü hansı şəkildə təkmilləşdirmisiniz? 
-Mənim üçün bu işin bir bitiş nöqtəsi yoxdur. Çünki incəsənət sonu olmayan bir yoldur və nə qədər öyrənsən, nə qədər zirvəyə doğru addımlasan bir o qədər də yol qət edəcəksən. Sənətimi çox sevirəm. Gördüyüm iş hər gün öz gözəlliyi ilə məni daha çox özünə çəkir. 

-Hazırda pandemiyadan dolayı alış-satış prosesi onlayn şəkildə davam edir. Bu üsulla gəlir əldə etmək mümkündürmü?
-Sevərək gördüyün hər bir işdən gəlir əldə etmək mümkündür.-Bunun xüsusi bir sirri varmı?
-Bəli var. Sirr ondadır ki, gördüyün işdə yalnız daha yaxşısını necə etmək olar? Bu barədə düşünmək lazımdır. Gördüyün işin səliqəsi, simmetriyası, rənglərin uyğunluğu və ən əsası öz dəsti –xəttinin olması, təkrar işlərin işlənməməsidir. Əgər bir işi ərsəyə gətirərkən satış barədə düşünürsünüzsə burada artıq sənət ikinci planda qalır və nəticədə nə sənət, nə də satış gözlənildiyi kimi olmur. Mənim üçün ən əsas sənətdir, gəlir ikinci plandadır. 

-Əl işlərinizin təkrarını işləyənlər varmı? 
-Bəli çox olur. Ancaq mənim öz dəsti xəttim var. Əl işlərimi bəyənənlər, eləcədə alıcılarım artıq işlərimi harda görsələr tanıyırlar və bu məni qürurlandırır. Təkrarlar hər zaman əslini xatırladır. Bununla sənətdə nələrsə əldə etmək mümkün deyil.

Həyatda iki növ insan var. Birincisi yaşayıb yaradan insanlar, ikicisi isə sadəcə təkrarlayan. Bunu gördükdə birinci olduğum üçün qürurlanıram.
Xəyalə Rəis

Həmçinin oxuyun

Buraxılış imtahanlarında maksimum nəticə göstərən Həcər – VİDEO

9-10 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarında dörd şagird maksimum nəticə göstərib. Belə ki, 9-cu sinif …