Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Cəmiyyət / Xameneinin nümayəndəsi: “Şuşada namaz qılmaq arzum idi”

Xameneinin nümayəndəsi: “Şuşada namaz qılmaq arzum idi”

“Şuşada namaz qılmaq Allahdan arzum idi”.
Bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejad “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq ona Şuşada namaz qılmaq nəsib olub.
“Şuşanı görəndən sonra çox narahat idim. Bu cür şəhəri uçurdalar, dağıdalar, zəbt edələr, 30 il yaşayalar, sonra da qoyub çıxıb gedələr… Belə olmaz. Allahdan istəmişəm ki, işğalçıların mühakiməsini bizə göstərməyi nəsib etsin”, – deyə Xameneinin Azərbaycandakı nümayəndəsi qeyd edib. APA

Həmçinin oxuyun

“Sürücü və katibə də başqa vətəndaş kimi ev alıb” – Anar

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.Bununla …