Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Xalq şairi Cabir Novruzun oğlu vəfat etdi: “Son bir ildə onu heç vaxt gülən görmədim…”

Xalq şairi Cabir Novruzun oğlu vəfat etdi: “Son bir ildə onu heç vaxt gülən görmədim…”

“Bir neçə saat əvvəl xalq şairi Cabir Novruzun sonbeşik övladı Müşfiq Cabiroğlu qəflətən vəfat etdi”. 

Strateq.az bildirir ki, bu sözləri QHT rəhbəri Sahib Məmmədov sosial şəbəkədə yazıb.

O bildirib ki, Cabir Novruzun böyük oğu Mirzə 2007-ci ildə avtoqəzada, ortanclı övladı Vüqar 2014-cü ildə qəflətən infarkt keçirərək vəfat edib:

“Cabir Novruzla qonşu idik. Sonra da həmin mənzildə Müşviq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi bir insan idi. Son vaxtlarda çox fikirli idi. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıl qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi. 

Müşviq həm də xalq artisti Əliabbas Qədirovun kürəkəni idi. Yaşasaydı, oktyabr ayının 3 də 54 yaşı olacaqdı…”.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …