Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Cəmiyyət / Xalq artisti Xəyyam Mirzəzadə dünyasını dəyişdi

Xalq artisti Xəyyam Mirzəzadə dünyasını dəyişdi

Azərbaycanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Uzun sürən xəstəlikdən əziyyət çəkən X.Mirzəzadə öz evində dünyasını dəyişib.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli bəstəkarla vida mərasimi iyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.

Həmçinin oxuyun

Bakıda şirkət ağac kəsdiyinə görə 50 min manat cərimə edildi

Nərimanov Rayon Məhkəməsi “R.R.Constructions” MMC-nin 50 min manat cərimə edilməsi barədə qərar qəbul edib.Məhkəmə şirkəti …