Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Xalq artisti: “Rasim Balayev olan yerdə mən yoxam”

Xalq artisti: “Rasim Balayev olan yerdə mən yoxam”

“Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul etmirəm”. 

Bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib:

“Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki, Rasim Balayev həmin ittifaqdadır mən orada yoxam”.

Tariyel Qasımov Xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib:

“Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır. Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim. Açığı mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil”.

Xalq artisti Ənvər Həsənov Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayevin seçimini yüksək dəyərləndirdiyini qeyd edib:

“Şəfiqə Məmmədovadan yüz dəfə yaxşı seçimdir. Adı, hörməti, çəkisi var. Onun da səhhətidə mənim kimi problemlər var. Bu yolda ona uğurlar diləyirəm”.

Qeyd edək ki, martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçirilib. Qurultayda Xalq artisti Rasim Balayev birləşmiş ittifaqa sədr seçilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …