Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Cəmiyyət / Xalq artisti Canəli Əkbərov vəfat edib

Xalq artisti Canəli Əkbərov vəfat edib

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib. Bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.

Xalq artisti sabah dəfn olunacaq.

Qeyd edək ki, o, iki gün əvvəl insult keçirmişdi. Canəli Əkbərov səhhəti ötən il ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkirdi. Xanəndə oktyabrın 21-də komaya düşüb.

Xatırladaq ki, Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.

Prezident İlham Əliyev 2020-ci ilin martında Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Əkbərovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …