Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Cəmiyyət / Xalq artisti: “Belə bir filmdə aşpaz, ya general rolunu oynayaram”

Xalq artisti: “Belə bir filmdə aşpaz, ya general rolunu oynayaram”

“İkinci Qarabağ müharibəsini əks etdirən gözəl bir film çəkilməlidir.
Bunu Qaynarinfo-ya Xalq artisti Rasim Balayev deyib. Onun fikrincə, bu, böyük və həddən artıq vəsait tələb edən layihədir:
“Bununla xüsusi şəxslər, aidiyyatı qurumlar məşğul olmalıdır. Müharibədə qəhrəman şəhidlərimiz var, onların hansınınsa həyatını ssenariləşdirmək və onun əsasında böyük bir film çəkmək olar. Hətta senaridə bir neçə qəhrəmanın müharibədəki fəaliyyətini birləşdirmək də mümkündür. İstedadlı bir senarist və rejissor tələb olunur. Bunlar asan məsələ deyil. Hətta filmdə müharibəyə aid canlı görüntülərdən də istifadə etmək olar”. 
“Belə bir filmdən gələn dəvəti qəbul edərsinizmil” sualına Rasim Balayevin cavabı belə oldu:
“Müharibədə vuruşanların hamısı cavanlardır. Qazilərimiz var, canlı şahidlərdir. Filmdə cavan aktyorlara üstünlük verilməlidir. Mənə gəlincə, uzaq başı arxa cəbhədə yemək bişirən, yaxud da strategiyanı təşkil edən bir general obrazını oynayaram. Təki belə bir film yaransın”.

Həmçinin oxuyun

“Vaxt tapıb oturaq” deyən çox, “vaxt tapıb teatra gedək” deyən yoxdur – Şərif Ağayar

Pandemiya ucbatından uzun müddət şadlıq sarayları, kafe və restoranlar, kitabxanalar, teatrlar bağlı qaldı. Artıq bir …