Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Xaləddin İskəndərov baxça müdirəsindən nə istəyir? – Rüşvət videosu ilə şantaj…

Xaləddin İskəndərov baxça müdirəsindən nə istəyir? – Rüşvət videosu ilə şantaj…

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonda dayanmadan apardığı növbəti “kadr islahatları” uşaq bağçalarına da çatıb. İstiqlal.az-da daxil olan məlumata görə, bu dəfə növbə “köhnə qvardiya”dan qalan və Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 327 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Səfərova Xalidə Xudaverdi qızıdır.

Mənbə bildirir ki, Bağça müdirəsinə istefa ərizəsini heç cür yazdıra bilməyən icra başçısı onun işçisini “iş başında yaxalatdırıb”. Belə ki, bağça işçilərindən birinin valideynlərdən rüşvət alarkən çəkilmiş videosunu əldə rəhbər tutan İsgəndərovun Xalidə Səfərovaya qarşı təzyiqlərini artırdığı bildirilir. Rüşvəti alan adamın isə X.Səfərova deyil, onun işçisi olduğu qeyd olunur.

Hazırda bu fakt üzrə işi prokurorluq araşdırır. Çox maraqlıdır, X.İsgəndərov bəlağətli çıxışları zamanı bəyan edir ki, rayon sakinləri tərəfindən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə bəzi məktəb və bağçalarda neqativ halların olduğu barədə şikayətlər edilir. Hətta iş o yerə çatıb ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən rayon İcra Hakimiyyətinə sözügedən problemlə bağlı 10-dan çox müraciət daxil olub. Rayonun adının belə neqativ hallarda hallandığından təəssüflənən X.İsgəndərov niyə bütün rayon ərazisində tikintidən alınan “xərac”lardan olunan yüzlərlə şikayəti unudur. Və yaxud da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi niyə bu şikayətlər barədə cənab İsgəndərovun Aparatına müraciət göndərmir?  Yox, əgər göndərirsə niyə Xaləddin İsgəndərov həmin faktları ictimailəşdirmir? Hətta bu günlərdə Binəqədi qəsəbə bələdiyyəsində baş verən və bir xanım jurnalist tərəfindən lentə alınan 500 manatlıq rüşvət hadisəsi belə hüquq-mühafizə orqanlarına qədər gedib çıxsa da rayonun icra başçısı yaxn kadrı – bələdiyyə sədri Aytac Əliyevanı israrla müdafiə etməkdə davam edir.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın