Ana səhifə / Cəmiyyət / Xaçmazın 39 yaşlı yeni icra başçısı kimdir? – DOSYE

Xaçmazın 39 yaşlı yeni icra başçısı kimdir? – DOSYE

Prezident İlham Əliyev bu gün Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Gəncə “Asan xidmət”in rəhbəri, daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışıb.

Elnur Rzayev bir neçə ay bundan əvvəl prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Qara-Təhlə kəndində biədəb əhvalatlar: 75 yaşlı qoca 25 yaşlı qıza göz dikib?

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qara-Təhlə kəndində biədəb əhvalatlar baş verməkdədir. Virtualaz.org Qardabani bölgəsində …