Çərşənbə , İyun 16 2021
Ana səhifə / Cəmiyyət / Xəstəxana direktoru bu əməlinə görə işdən çıxarıldı

Xəstəxana direktoru bu əməlinə görə işdən çıxarıldı

Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov vəzifəsindən azad edilib.

Bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib və tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etməyib.

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.

Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.

Həmçinin oxuyun

Üçüncü variant yoxdur…

Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş …