Bazar ertəsi , May 10 2021
Ana səhifə / Cəmiyyət / “WhatsApp Pink” şəxsi məlumatları oğurlayır

“WhatsApp Pink” şəxsi məlumatları oğurlayır

Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb. “WhatsApp Pink” tam zərərli bir tətbiqdir. Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır.

Azvision.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilib.

Məlumatda, həmçinin qeyd edilib ki, “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.

Həmçinin oxuyun

Deputat koronavirusun “çarə“sini tapdı: “Acqarnına inək sidiyi için“

Hindistanda COVID-ə qarşı “çarə” tapılıb. Yenisabah.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, millət vəkili Surendra …