Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “VURULAN” BANK MÜDİRİ “SIĞORTA MAMEDİN” OĞLUDUR

“VURULAN” BANK MÜDİRİ “SIĞORTA MAMEDİN” OĞLUDUR

Bu gün gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən, bu dəqiqələrdə rəsmən təqdiqlənməsə də həbs xəbəri yayılan Elmar Məmmədovun kimliyi cəmiyyətdə böyük maraq doğurur.

“Qafqazinfo” onunla bağlı bəzi yeni məlumatları əldə edib.

İctimaiyyətin bu məsələyə diqqətini nəzərə alaraq Elmar Məmmədov haqda məlum olan və olmayan informasiyanı oxuculara təqdim edirik:

Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib. Məlum olduğu kimi, dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankn rəhbəri vəzifəsinə gətirilib.

Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun oğludur.

sigorta mamed

 

Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir.

ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.

Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb.

Ailəlidir, bir övladı var.

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın