Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Vurğun Əyyubun adı əbədiləşdirilsin – TƏKLİF

Vurğun Əyyubun adı əbədiləşdirilsin – TƏKLİF

Bir neçə gün öncə vəfat edən ədəbiyyatşünas alim, ictimai-siyasi xadim Vurğun Əyyubla bağlı gənc yazarlar təklif irəli sürüb.

Sözügedən təklifdə Vurğun Əyyubun Azərbaycan xalqının ictimai-siyasi, elmi-mədəni həyatındakı səylərindən və xidmətləri müqabilində onun adının əbədiləşdirilməsindən söz açılır.

AYB üzvü, Prezident təqaüdçüsü, şair Tural Turan: “Təklif edirəm ki, milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Vurğun Əyyubun adına küçə və ya prospekt verilsin.”

Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu isə Vurğun Əyyubun nəyinki milli-azadlıq hərakatındakı fəaliyyətini, eləcə də xalqın təhsil həyatındakı töhfələrini vurğulayaraq təklifini irəli sürüb: “Hesab edirəm ki, milli- azadlıq hərakatındakı xidmətlərinə görə, hətta Azərbaycan təhsilindəki əvəzsiz addımları qarşısında Vurğun Əyyubun adı əbədiləşdirilsin.

O mənada ki, doğulduğu Tovuz rayonunda və Bakı şəhərində adına küçə verilsin. Eyni zamanda, yaşadığı binaya barelyefi vurulsun. Hətta düşünürəm ki, ali təhsil müəssisələrinin biri rəsmi olaraq Vurğun Əyyubun adı ilə adlandırılsın.

Bu məqamda hesab edirəm ki, həmin ali təhsil müəssisəsi özəl olmasına baxmayaraq, onun ömrünün sonuna qədər çalışdığı Xəzər Universiteti də ola bilər.”

Yenisabah.az

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …