Ana səhifə / Cəmiyyət / Vurğun Əyyubsuz bir il…

Vurğun Əyyubsuz bir il…

Bu gün – sentyabrın 24-ü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) ilk sədri olmuş Vurğun Əyyubun vəfatından bir il ötür.

Azərbaycana test imtahanlarının gətirilməsində xüsusi xidməti olan V.Əyyub ötən ilin bu günü ağır xəstəlikdən dünyasını dəyişib.

V.Əyyub Müsavat Partiyasında başqan müavini olub, uzun illər partiyada fəaliyyət göstərib, sonra istefa verərək siyasi fəaliyyətini Azərbaycan Demokratik Rifah Hərəkatında davam etdirib.

Xatirələrdə fədakar insan kimi qalan V.Əyyubun vəfatının ildönümü ilə bağlı yaxınları, dostları, əqidədaşları öz fikirlərini sosial media hesabında bölüşüblər.

Yazar Ehtiram İlham qeyd edib ki, V.Əyyub hamımızın taleyindən bir ilğım kimi keçib: “Elə bir ilğım ki, hələ neçə nəsli də öz ağuşuna alıb, çox uzaqlara – bu məmləkətin halallıq və saflıq tarixinə daşıyacaq.

Sənin əllərinlə yazılan şeir... - Ehtiram İLHAM - şeirlər |  Edebiyyatqazeti.az

Ehtiram İlham

Sizsiz keçən bu günlərdə bir şeyə tam əmin oldum, – dünyada halal yaşamaqdan,  dürüst olmaqdan, vicdanla ömür sürməkdən, xalqına təmənnasız xidmət etməkdən böyük və uca heç nə yox imiş. Tanrı hər adama belə örnək bir ömür yaşamağı qismət etmir ki…

Adınız əbədiyyətə qədər düzlük, halallıq, millət, mübarizə, səmimiyyət məfhumları ilə qoşa çəkiləcək”.

Qubad İbadoğlu manatla bağlı xəbərdarlıq edir - Müsahibə » Demokratik.Az

Qubad İbadoğlu

ADR Hərəkatının İdarə Heyətinin sədri Qubad İbadoğlu V.Əyyubla bağlı “Mən getsəm dərələr, dağlar qalacaq, buludlar qalacaq, ağlar qalacaq” misralarını paylaşıb.

Əvəz Zeynallı — Vikipediya

Əvəz Zeynallı

Xural TV-nin rəhbəri Əvəz Zeynallı “Yeni Müsavat”a bildirdi ki, Vurğun Əyyubu özünə ən böyük müəllim sayır: “1992-ci ildə ilk dəfə Elçibəy tərəfindən tələbələr Türkiyəyə göndəriləndə Vurğun bəy qəbul komissiyasının sədri idi.

Mənim həyatımda müstəsna rolu olub, məni istiqamətləndirib. Onda BDU-da konkursa düşmüşdüm, şikayətə gedirdim, yolumuz Xalq Cəbhəsinə düşdü.

Onunla da həyat yolum dəyişdi və Vurğun Əyyubu həyatımın yaşıl işığı sayıram, xatirəsini hörmətlə yad edirəm. Əminəm ki, xalqımızın və minlərlə test imtahanından keçib, təhsil almış vətəndaşın qəlbində həmişə yaşayacaq”.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı  dəqiq vaxtı açıqladı

Adil Qeybulla

Tibb üzrə professor Adil Qeybulla bildirdi ki, Vurğun Əyyub xalq hərəkatının fenomenlərindən sayılmalıdır: “Onun həyatı, milli hökumətdəki davranışları, ləyaqətini sona qədər saxlaması, xalqa xidmət göstərməsi, ağır problemlərə baxmayaraq heç vaxt dilə gətirməməsi onun ictimai-siyasi, insani portretlərini çizə bilər”.

A.Qeybulla hesab edir ki, V.Əyyub xalqın xidmətində təmənnasız dayanan şəxsiyyət idi: “Test imtahanının ölkəmizdə tətbiqi Elçibəy hökumətinin qərarı idi, amma onun icrasında Vurğun bəyin misilsiz xidmətləri olub.

Ali məktəblərdə neqativ hallara baxmayaraq, onları dağıtmaq, yeni münasibətlər sistemini formalaşdırmaq məhz Vurğun bəyin əzmkarlığı hesabına mümkün olub.

Biz onunla “Çənlibel” hərəkatından tanış olmuşuq. Vurğun Əyyubun  gedişi cəmiyyət və onu tanıyanlar üçün ağır itkidir. O, böyük irs qoyub getdi, qəbri nurla dolsun!”

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …