Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / VÖEN-i olanlar yanvarın 1-dən hər ay 62,5 manat ödəyəcəklər – YENİLİK

VÖEN-i olanlar yanvarın 1-dən hər ay 62,5 manat ödəyəcəklər – YENİLİK

Bu ilin yanvar ayının 1-dən etibarən VÖEN sahibi olan fərdi sahibkarlar Dövlət Sosial Müdafiə Fonduna (DSMF) hər ay 62,5 manat ödəyəcəklər.
Bu, “Sosial Sığorta haqqında” qanuna edilən dəyişiklikdə yer alıb.
“Sosial Sığorta haqqında” qanunun 14.5.1-ci maddəsinə əsasən bu ilin yanvar ayının 1-dən etibarən fərdi sahibkarlar DSMF fəaliyyətlərindən asılı olaraq – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50%-i (125 manat), digər sahələrdə 25%-i (62,5 manat) miqdarında ödəniş edəcəklər.
Məlumat üçün bildirək ki, əvvəllər MDSS ödənişləri Bakıdakı sahibkarlar üçün ayda 50 manat,  Sumqayıt və  Gəncədə 45 manat, Respubilka tabeli şəhərlərdə 40 manat, rayon mərkəzlərində 30 manat, kənd yerlərində isə 25 manat təşkil edirdi.
Tikinti və ticarətlə məşğul olan sahibkarlar üçün isə əvvəllər DSMF ödənişi Bakıda 125 manat, Sumqayıt və Gəncədə 112,5 manat, Respubilka tabeli şəhərlərdə 80 manat, Rayon mərkəzlərində 75 manat, kəndlərdə – 62,5 manat olub.

Həmçinin oxuyun

General-mayor Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib. Trend-in …