Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / VİP sədri biznesmenlərin deputat olmaq istəyindən danışdı

VİP sədri biznesmenlərin deputat olmaq istəyindən danışdı

Əli Əliyev: “Həmin deputatların Parlamentdə yenidən təmsil olunmasının Azərbaycan dövlətinə yalnız ziyanı var”

“Hakimiyyət üçün seçkilərdə yaxşı şans yaranıb ki, bu istiqamətdə bir islahat aparsın”

Qarşıdan parlament seçkiləri gəlir. Maraqlıdır ki, budəfəki seçkinin gərgin keçəcəyinə dair müxtəlif mülahizələr irəli sürülür. Siyasi aktivliyin çox zəif olduğu bir siyasi məkanda bu aktivliyin olacağı nəyə əsasən proqnozlaşdırılır? Müxalifətin özü öz şansının yüksək olmadığını deyir.
Bunu aparılan müşahidələr də göstərir. Ancaq bu heç də parlament seçkilərində tək qapıya oyunun olacağına işarə deyil. Artıq bəzi iş adamları indidən deputat kreslosunun arzusu ilə yatıb-dururlar. Onların bəziləri indiki parlamentdə də təmsil olunur. Danılmaz faktdır ki, parlamentdə çoxlu sayda iş adamı var. Düzdür, onlar bu fəaliyyəti bir qədər maskalanmış şəkildə həyata keçirsələr də, Azərbaycan kimi o qədər də böyük olmayan ölkədə kimin nə işlə məşğul olması heç kimə sirr deyil. Parlamentdə təmsil olunan iş adamları deputat olmaq istəmədiklərini bəyan etməyiblər. Deməli, mandat qazanmaq həvəsi qüvvədədir. Ancaq məsələnin başqa bir aspekti də var. Bəllidir ki, Azərbaycan qanunvericiliyi iş adamlarının millət vəkili olmasını qadağan edir. Bu faktor beynəlxalq dairələr tərəfindən dəfələrlə kəskin tənqid edilib. Belə olan təqdirdə iş adamlarının yenidən deputat olmaq eşqi ilə alışıb-yanmasının ölkənin beynəlxalq imicinə nə kimi təsiri olacaq? Təbiidir ki, vəziyyətin yenidən təkrarlanması ünvanımıza yönəlik tənqidlərin artması və ya təzələnməsi və ya təzələnməsi ilə müşayiət oluna bilər.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu faktorun heç kimə xeyri yoxdu: “Həmin deputatlar indiyə kimi bir kəlmə də olsun siyasi mövzulara dair açıqlama verməyib. Elə isə niyə parlamentdə otururlar? Mən iş adamlarının siyasətdə olmasının əleyhinə deyiləm. Dünya praktikasında çox belə misallar çəkmək olar. Məsələn, Buş ailəsi siyasətdədir, onların böyük neft biznesi var. Ukraynanın hazırkı prezidenti Poroşenko rəsmi milyarderdi. Gürcüstanın keçmiş prezidenti İvanişvili. İtaliyanın uzun müddət baş naziri olmuş Berluskoni… Bu adamlar pullarının olduğunu gizlətmir. Ancaq bizdə vəziyyət bir qədər fərqlidir. Həmin deputatlar formal olaraq öz bizneslərindən imtina etsələr də, realda elə öz işlərilə məşğuldurlar. Bir parlamentdə danışmağa həvəssiz təsiri bağışlayırlar. Bizdə belə məmurlar da az deyil. Ona görə də, hakimiyyət üçün seçkilərdə yaxşı şans yaranıb ki, bu istiqamətdə bir islahat aparsın. Elə olsun ki, siyasətdə olmaq istəyən iş adamı da saxtakarlıq etməsin. Nə işlə məşğul olursa onu etiraf etməli olsun.
Biznesmenlərin parlamentdə bitərəf adı ilə təmsil olunması, lakin heç bir fəaliyyətlərinin gözə dəyməməsi beynəlxalq qurumların əlinə tənqid üçün əsas verir. Bunun üçün də bu hala son qoyulmalıdır. Həmin deputatların Parlamentdə təmsil olunmasının Azərbaycan dövlətinə yalnız ziyanı var. Bu səbəbdən də, belə halların qarşısı vaxtında alınmalıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Tağı Əhmədov “aristokratların xəstəliyi”ndən müalicə olunur

Hakim partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti ağırlaşıb, sağlıq …

Bir cavab yazın