Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazov müxalifətçiləri və hüquq müdafiəçilərini qəbul etdi – FOTO

Vilayət Eyvazov müxalifətçiləri və hüquq müdafiəçilərini qəbul etdi – FOTO

Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçiləri – Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbərlə görüşüb.

Üç saat davam edən görüşdə nazir müavini general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib, hüquq müdafiəçiləri tərəfindən təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Yeni icra başçısı kollektivə təqdim olundu

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Onu Prezident Administrasiyasının Ərazi-təşkilat …