Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazov daha iki rəis təyin etdi

Vilayət Eyvazov daha iki rəis təyin etdi

Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Arif Məşədiyev İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Qobustan rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.

Nazirin digər əmri ilə polis mayoru, Eldəniz Həsənov Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib. 

E.Həsənov bundan əvvəl Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

“Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal …