Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Vilayət Eyvazov BMCMİ-nin rəis müavinini işdən çıxardı

Vilayət Eyvazov BMCMİ-nin rəis müavinini işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …