Şənbə , İyul 11 2020
Ana səhifə / Cəmiyyət / Vidadi Zeynalovun həbs müddəti uzadlıdı

Vidadi Zeynalovun həbs müddəti uzadlıdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti uzadlılıb.

Azinforum.az xəbər verir ki, bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib. Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin müddəti yanvarın 26-da başa çatmalı idi. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti fevralın 21-nə qədər uzadılıb.

V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil qeyd edib ki, müvəkkilinin həbs müddətinin uzadılmasından apelyasiya şikayəti vermək fikri yoxdur: “Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən də heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır”.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

AMEA-nın binasının üzərindəki hərflər niyə sökülüb? — FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflər sökülüb. Bununla …

Bir cavab yazın