Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / VİDADİ ZEYNALOVUN AZADLIQDA OLDUĞU BİLDİRİLİR – ZİDDİYYƏT

VİDADİ ZEYNALOVUN AZADLIQDA OLDUĞU BİLDİRİLİR – ZİDDİYYƏT

Bir neçə gün əvvəl istintaqa cəlb edilərək həbs edildiyi xəbəri yayılan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun azadlıqda olduğu bildirilir. Hətta dünən axşam ANS telekanalı saat  21.19-da bununla bağlı ötəri məlumat da verib.  Rabitə Nazirliyinə istinadən yayılan həmin xəbərdə bildirilib ki, Vidadi Zeynalov iş başındadır. Azinforum.az  xatırladır ki,  Vidadi Zeynalovun yaxın qohumları da saytımıza onun dünən bağ evində olduğunu söyləyiblər. Maraqlıdır ki, telekanalda efirə gedən həmin məlumat digər aparıcı KİV-lər tərəfindən tirajlanmayıb.

Rabitə Nazirliyinin məhsul işçilərindən biri  isə, Azinforum.az-a gün ərzində bu mövzu ilə bağlı daha  dəqiq məlumat verəcəyini dedi.

Mövzuya qayıdacayıq…

AZİNFORUM.AZ

vid

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın