Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Vidadi Zeynalovun 67 əmlakına həbs qoyulub… SİYAHI

Vidadi Zeynalovun 67 əmlakına həbs qoyulub… SİYAHI

Dövlət büdcəsindən milyonlarla manatı mənimsəməkdə təqsirləndirilən  Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 
Musavat.com xəbər verir ki, istintaq materiallarında təqsirləndirilən şəxslərin əməlləri barədə bir çox məqamlar üzə çıxır.
Nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərləri mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirlər.
Nazirliyin 11 əməkdaşına qarşı 40 milyonluq ittiham 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov,  “BakıTelefonRabitəsi”  İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi”  İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov, “Aztelekom”  MMC-nin baş mühasibi Oktay Rüstəmov ümimilikdə 40 milyon manat mənimsəməkdə təqsirlənirilirlər.
11 nəfərin əmlakına həbs qoyulub
Musavat.com-un əldə etdiyi məlumata görə, milyonları qanunsuz yollarla mənimsəməkdə təqsirləndirilən şəxslərin istintaq zamanı onların əmlaklarına həbs qoyulub.
Belə ki,  istintaq zamanı təqsirləndirilən şəxslər Vidadi Zeynalova və qeyrilərinin adlarına əmlakların olub-olmaması ilə bağlı müvafiq sorğular verilib və adlarına külli miqdarda əmlaklar olması müəyyən edilib.
Həmin əmlaklar üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.
 
Əmlakların sayı və dəyəri…
Vidadi Zeynalova məxsus əmlakların sayı 67 ədəd olmaqla, həmin əmlakların bazar dəyəri 43 milyon 489 min 537 min manat,  Beytulla Hüseynova məxsus əmlakların sayı 39 ədəd olmaqla dəyəri 13 milyon 675 min manat, Bayram Vəliyevə məxsus əmakların sayı 7 ədəd olmaqla dəyəri 647 min 500 manat,  Emin Məmmədova məxsus əmlakların sayı 18 ədəd olmaqla dəyəri 2 milyon 835 min manat, Anar Mustafayevə məxsus əmlakların sayı 5 ədəd olmaqla dəyəri 365 min manat təşkil edib.
“Aztelekom” MMC-nin baş mühasibi Rüstəmov Oktay Mirzə oğlunun və ailə üzvlərinin adına Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi 45 a saylı fərdi yaşayış evi, Xaçmaz rayonu, Aşağıoba kəndində 0,12 ha. Torpaq sahəsi, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi və Səbail rayonu, İqor Ağayev küçəsi 5 saylı evin, 30  saylı mənzilinə həbs qoyulub.
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun və ailə üzvlərinə məxsus olan Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin, 14-cü  mənzili, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “BTRIB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Binəqədi rayonu, Goradilkəndi, 226 saylı bağ sahəsi, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin, 51 saylı mənzili, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin, 31 saylı mənzili, Səbail rayonu, F.Əmirov küçəsi 2 saylı qeyri-yaşayış sahəsi, Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi, 145, 145 a saylı fərdi yaşayış evi, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117 b saylı evin 34 saylı mənzili, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin, 23 saylı mənzili, Xaçmaz rayonu Aşağıoba kəndində torpaq sahəsinin üzərlərinə həbs qoyulub.
İstintaq zamanı Məhəmməd Məmmədovun dəymiş zərəri ödəməsi üçün bəzi əmlaklarının üzərindən həbs götürülüb.
“Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi vəzifəsində işləmiş Hümbətov Səhrab Məcməddin oğlunun adına Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 15 a-da yerləşən 22  saylı mənzili və Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən 0.0389 ha torpaq sahəsinə həbs qoyulub.
Digər təqsirləndirilən şəxslərin də istintaq zamanı aşkar edilmiş əmlaklarına həbs qoyulub.
 
Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş 67 əmlakından 10-nun siyahısı:
1. Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 5A-da yerləşən fərdi yaşayış evi. Bu ev V.Zeynalov tərəfindən 2014-cü ildə mülkiyyətinə keçib. Daha sonra bağışlama müqaviləsinə əsasən oğlu Zeynal Zeynalova bağılanmışdır.
2. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ev 10 B-də yerləşən fərdi yaşayış evi V.Zeynalov tərəfindən 2004-cü ildə əldə edilib. Daha sonra oğlu Pərviz Zeynalova bağışlayıb.
3. Nəsimi rayonu, Puşkin küçəsi ev 16-da yerləşən fərdi yaşayış evi üzrə ilin qeydiyyat 1994-cü ildə həmin ildə Vidadi Zeynaılovun bacısı Sevil Seyidovanın qeydiyyatına qəbul edilib. S.Seyidova həmin evi 2011-ci ildə bağışlanma müqaviləsi ilə V.Zeynalovun oğlu Pərvizə baışlayıb.
4. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,833 ha. ölçüdə torpaq sahəsi Vidadi Zeynalovun oğlu Pərviz tərəfindən 2006-cı ildə əldə edilib və mülkiyyətinə keçirilib.
5. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,294303 ha. ölçüdə torpaq sahəsi Vidadi Zeynalovun oğlu Pərviz tərəfindən 2007-cı ildə əldə edilib və mülkiyyətinə keçirilib.
6. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,868798 ha. ölçüdə torpaq sahəsi Vidadi Zeynalovun oğlu Pərviz tərəfindən 2007-cı ildə əldə edilib və mülkiyyətinə keçirilib.
7. Yevlax rayonu, Kövər kəndində olan 3.6494 ha. torpaq sahəsi Vidadi Zeynalovun qardaşı vahid Zeynalovun adına pay toraq kimi dövlət tərfindən verilib.
8. Nəsimi rayonu, M.Cəlal küçəsi ev 2 A mənzil 98-də yerləşən 1 otaqlı mənzil. Bu mənzil Vidadi Zeynalovun oğlu Pərviz Zeynalova işlədiyi Azərbaycan İqtisad Universitetinin müəllimlər üçün inşa edilmiş binasıdan verilib.
9. Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən torpaq sahələri. Bu torpaq sahəsi V.Zeynalovun oğlu Zeynallı Zeynal tərəfindən “Rabitəbank” ASC-dən götürümüş 500 min manatlıq kreditlə alınıb. Girov olaraq isə Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 5A-da yerləşən fərdi yaşayış evi qoyulub.
10. Yevlax rayonu, Kövər kəndində 0,33 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Vidadi Zeyvalovun anası Şura Zeynalovanın mülkiyyətinə olub. Və bu ev V.Zeynalovun ata-baba evi sayılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın